AZ

Rusiya və Suriya Türkiyə sərhədində hərbi baza yaradıb

Rusiya və Suriya Türkiyə sərhədində yerləşən Ayn əl-Ərəbdə hərbi baza yaradıblar.

"Operativ Media" xəbər verir ki, hərbi bazanın yaradılması ilə bağlı açıqlamanı Rusiya Barışıq Mərkəzinin direktor müavini polkovnik Oleq İqnasyuk verib.

"Rusiya Federasiyası və Suriya Ərəb Respublikasının silahlı qüvvələri Suriya-Türkiyə sərhədinə yaxın bölgədə Kobani (Ayn əl-Ərəb) bazasının yaradılmasını başa çatdırıb", - Rusiya Barışıq Mərkəzinin direktor müavini Oleq İqnasyuk bildirib.

Bölgədə Rusiyadan başqa Suriya rejiminin əsgərləri də iştirakı gözlənilir. Türkiyəli ekspertlər bu addımın Türkiyə üçün müsbət olduğunu bildirib. Hərbi bazanın yaradılmasında məqsəd münaqişə tərəfləri arasında döyüş əməliyyatlarının dayandırılmasına nəzarət etmək olduğu bildirilir. 

Seçilən
69
8
operativmedia.az

10Mənbələr