RU

İqlim dəyişikliyi dağıdıcı yanğınları gücləndirib

Şərqi İngiltərə Universiteti, Böyük Britaniya Ekologiya və Hidrologiya Mərkəzi, Met Office və Orta Menzilli Hava Proqnozları üzrə Avropa Mərkəzinin alimləri iqlim dəyişikliyinin meşə yanğınlarının ehtimalını və intensivliyini əhəmiyyətli dərəcədə artırdığını aşkar ediblər.

Bu barədə Earth System Science Data məlumat yayıb. Araşdırmada vurğulanır ki, meşə yanğınlarının təhlili 2023-cü ilin martından 2024-cü ilin fevralına qədər aparılıb. Kanada və Amazondakı yanğınlar demək olar ki, iqlim dəyişikliyindən qaynaqlanır. Alimlərin fikrincə, bunun ehtimalı 99%-dən çoxdur. İqlim dəyişikliyi həmçinin Yunanıstanda, Kanadada və Amazonda yanğınların baş vermə ehtimalını müvafiq olaraq 2, 3 və 20 dəfə artırıb.

Tədqiqatda deyilir ki, sonuncu halda vəziyyət meşələrin qırılması ilə daha da ağırlaşır.

//Gülnarə Abasova, Editor.az

Избранный
118
17
editor.az

10Источники