AZ

Türkiyəli nazirdən ölkəni cənginə alan alovlar barədə AÇIQLAMA: "Üç nəfər axtarışdadır"

Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı ölkəni bürüyən və bir neçə gündür söndürülməsinə çalışılan yanğınlar barədə açıqlama verib.

Bu barədə Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir.

Nazirin sözlərinə görə, İzmir şəhərinin Karşıyaka rayonunda baş verən yanğın üç nəfərin piknik üçün ocaq qalaması səbəbindən baş verib. Hadisə ilə bağlı altı nəfər saxlanılıb, üç nəfər axtarışdadır.

İ.Yumaklının sözlərinə görə, yaşayış məntəqələri üçün hazırda təhlükə yoxdur:

"72 yanğından 69-u hazırda nəzarət altına alınıb. Altı aktiv yanğın var".

Nazir, həmçinin, beynəlxalq çağırış tələb edən bir vəziyyətin olmadığını qeyd edib.

"Beynəlxalq çağırış tələb edən vəziyyət yoxdur. Gələn bazar gününə qədər hamımızın diqqətli olmağımızın zəruri olduğu dövrdəyik. Rütubət, yüksək temperatur və güclü küləklər yanğına imkan yaradan amillərdir. Həyəcan vəziyyətimiz sentyabrın 15-dək davam edəcək", - deyə İbrahim Yumaklı əlavə edib.

Mənbə: oxu.az

Aqreqator
Seçilən
50
17
oxu.az

10Mənbələr