RU

Bu marşrut üzrə əlavə reyslər təyin edildi

Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha çox sərnişini rahat və təhlükəsiz mənzilbaşına çatdırmaq üçün 17 və 18 avqust tarixlərində əlavə reyslər təyin edilib.

Sabah.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, bundan əlavə, bu xətt üzrə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hərəkət edən qatarlarda hər iki istiqamətdə səfər etmək mümkündür. 

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytından (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
102
36
sabah.az

10Источники