AZ

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Bakı-Ağstafa-Bakı

Bakı, 14 avqust, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha çox sərnişini rahat və təhlükəsiz mənzilbaşına çatdırmaq üçün avqustun 17 və 18-də əlavə reyslər təyin edib.

AZƏRTAC ADY-yə istinadla xəbər verir ki, əlavə təyin edilən qatarlar avqustun 17-də saat 09:15-də Bakıdan-Ağstafaya, avqustun 18-də saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.

Bundan əlavə, bu xətt üzrə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hərəkət edən qatarlarla hər iki istiqamətdə səfər etmək mümkündür.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
49
azertag.az

10Mənbələr