RU

Acqarına pomidor yeməyin bilmədiyiniz zərərləri

Səhər yeməyində pomidor yeməyin zərərli olduğunu bilirdinizmi?

Ölkə.Az NTV-yə istinadla xəbər verir ki, pomidor bol vitamin ehtiva etdiyi üçün sağlam qidalar sırasında olsa da, acqarına yemək məsləhət görülmür.Pomidoru acqarına yemək mədə turşuluğunu artırır. Bu da qastritə səbəb olur. 

Həssas mədəsi olan və ya turşu reflüsinə meylli insanlar üçün pomidorun təbii turşuluğu narahatlıq və ya qıcıqlanmaya səbəb ola bilər. Pomidorda yüksək turşuluq mədə turşusunu tətikləyə və ya mövcud simptomları pisləşdirə bilər.

Pomidor yedikdən sonra mədəniz yanırsa, həzmsizlik və ya mədə-bağırsaq narahatlığı kimi simptomlarla qarşılaşırsınızsa, pomidor istehlakını məhdudlaşdırmaq və ya dayandırmaq yerinə düşər.

Daha az turşulu pomidor növlərini seçmək və ya qabığını soymaq və toxumunu çıxarmaq kimi bişirmə üsullarını seçmək turşuluğu azaltmağa kömək edə bilər.

Tərkibindəki təbii şəkər diabet xəstələrinə mənfi təsir göstərə bilər.

Pomidorun tərkibində yüksək miqdarda oksalat mineralı olur ki, bu da böyrək daşı yaradır.İrəliləmiş xroniki böyrək xəstəliyi olan insanlar kalium qəbulunu məhdudlaşdırmalıdırlar. Ona görə də, pomidorun kaliumla zəngin olmasını gözardı etmək olmaz.

İrritabl bağırsaq sindromundan əziyyət çəkənlər çox pomidor yedikdə yanma və şişkinlik problemi yaşayırlar.

Çox pomidor yemək nəticəsində yaranan likopenin həddindən artıq yüklənməsi ishal, ürəkbulanma, mədə sancıları, qaz və hətta qusmaya səbəb ola bilər.

Pomidora qarşı allergiyası olanlar da bu tərəvəzdən uzaq durmalıdır. Həmçinin pomidorun müxtəlif qida məhsullarında və souslarda istifadə edildiyini nəzərə alaraq aldığınız məhsulların etiketlərinə nəzər salmaq məsləhətlidir.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç

.temu-reklam {background-color: #f8f9fa;border: 1px solid #dedede;padding: 20px;border-radius: 8px;text-align: center;font-family: Arial, sans-serif;margin: 20px 0;}

.temu-reklam h2 {color: #ff4500;font-size: 24px;margin-bottom: 15px;}

.temu-reklam p {color: #333;font-size: 16px;margin-bottom: 20px;}

.temu-button {background-color: #ff4500;color: #fff;padding: 10px 20px;text-decoration: none;border-radius: 5px;font-weight: bold;}

.temu-button:hover {background-color: #e03e00;}

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
75
8
bizimshow.az

9Источники