AZ

Qastriti olan insanlar necə qidalanmalıdır? – Açıqlama

“Qastritiniz varsa, yağlı bulyonlardan və fast fooddan imtina etməlisiniz”

Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, professor və hepatoloq Olqa Şarxun deyib.

Həkimin sözlərinə görə, qastriti olan insan, ilk növbədə, turşu istehsalını təşviq edən qidalardan, xüsusən də yağlı bulyonlardan imtina etməlidir. O, onları daha yüngül tərəvəz və ya süd şorbaları ilə əvəz etməyi tövsiyə edib.

Bundan əlavə, Şarxun qastrit xəstələrini ədviyyatlı, isti və qızardılmış yeməklərdən, hisə verilmiş ətlərdən, yağlı fast foodlardan, marinadlardan imtina etməyə çağırıb. Qadağan olunmuş qidalara həmçinin xəmir məmulatları, düyü, çovdar çörəyi və həzmi çox vaxt aparan digər qidalar daxildir.

Onun sözlərinə görə, qastritli insanlar gündə dörd-beş dəfə yemək yeməlidirlər. “İçkilər üçün şirin meyvə şirələri, qazsız mineral sular, həmçinin kakao və ya jele seçmək daha yaxşıdır. Onlar simptomları yüngülləşdirir. Amma yaxşı olar ki, spirtli içki, qəhvə-çay içməsən”, – deyə həkim bildirib.

Şarxun xatırladıb ki, qastritin simptomları mədə yanması, yeməkdən sonra narahatlıq, gəyirmə, şişkinlik və qarnın yuxarı hissəsində ağırlıq hissidir. Əgər bu problemlər mütəmadi olaraq ortaya çıxarsa, həkimə müraciət etməlisiniz, çünki müalicə olunmasa, bu xəstəlik mədə xorasına və mədə qanamasına çevrilə bilər.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
8
medianews.az

9Mənbələr