RU

"ABŞ prezidenti FED-də “söz sahibi" olmalıdır"

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bəyan edib ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) pul siyasəti qərarlarında ABŞ prezidenti “söz sahibi" olmalıdır.

“Düşünürəm ki, prezident heç olmasa orada söz sahibi olmalıdır”, – Tramp keçirdiyi mətbuat konfransında deyib. 

Tramp 2017-ci ilin noyabrında FED-in hazırkı sədri Cerom Paueli bankın sədri vəzifəsinə irəli sürüb.

Ümumiyyətlə faiz dərəcələrinin aşağı salınmasının tərəfdarı olan Tramp, pul siyasəti qərarlarına görə Paueli tənqid etməyə başlayıb.

Bu yaxınlarda verdiyi müsahibədə Tramp yenidən prezident olacağı təqdirdə, Pauellin 2026-cı ilə qədər davam edəcək sədrlik müddətini başa vurmasına imkan verəcəyini bildirib.

Избранный
116
43
marja.az

10Источники