AZ

Tramp: Hər şeyin qiymətini yarıya endirəcəyik

ABŞ-ın keçmiş prezidenti Donald Tramp cümə axşamı, avqustun 15-də Nyu-Cersidə Tramp Milli Qolf Klubunda Bedminsterdəki çıxışında mövcud siyasətləri sərt şəkildə tənqid edərək iqtisadi planlarını açıqlayıb. Yüksək qiymətlərdən tutmuş elektrikli avtomobillərə, görəcəyi qənaət tədbirlərindən ABŞ-ın təbii sərvətlərinə qədər bir çox mövzuya toxunan Tramp prezident olacağı təqdirdə hər şeyin qiymətinin yarıya qədər ucuzlaşacağını bildirib.

Tramp gündəlik tələbat mallarının artan xərclərinə diqqət çəkərək, ərzaq məhsulları və məktəb yeməklərində ciddi qiymət artımlarından narahatlığını dilə gətirib. "Biz qiymətləri əhəmiyyətli dərəcədə aşağı salacağıq" deyən Tramp hazırkı administrasiyanın iqtisadi siyasətini tənqid edib.

Tramp bir il ərzində qiymətləri ən azı yarıya endirəcəklərini vəd edib və buna tənzimləyici dəyişikliklər edərək və Amerikanın zəngin təbii sərvətlərindən yararlanmaqla nail olacaqlarını bildirib. O, ölkənin geniş enerji potensialını vurğulayaraq, “Ayağımızın altında digər ölkələrdən, o cümlədən Səudiyyə Ərəbistanından və Rusiyadan daha çox maye qızıl var" deyib.

Ev başına 5 min dollar qənaət addımı

Vitse-prezident Kamala Harris tərəfindən həyata keçirilən tənzimləmə tədbirlərini ləğv etmək planlarını açıqlayan Tramp, bu addımın ev təsərrüfatlarına ildə təxminən 5000 dollar qənaət edəcəyini iddia etdi. O, həmçinin əhəmiyyətli vergi endirimləri edəcəyini və sosial təminat müavinətləri üzrə vergiləri dayandıracağını vəd edib.

Çıxışında Tramp Bayden-Harris administrasiyasının elektrikli avtomobil mandatına son qoymağa çağırıb və nəqliyyat seçimlərinə balanslı yanaşmanın tərəfdarı olub. Elektrikli avtomobil sənayesinə verdiyi töhfələrə görə İlon Maskı tərifləyən Tramp, daha geniş çeşiddə avtomobillərin təklif edilməli olduğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
43
kommersant.az

10Mənbələr