RU

Tramp Harrisi üç raundlu DEBATA ÇAĞIRDI: "O, sadəcə olaraq bacarıqsızdır"

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp cari seçki kampaniyası çərçivəsində üç raund debatların keçirilməsinin tərəfdarı olduğunu bildirib.

Publika.az "Fox News"a istinadla xəbər verir.

Bildirilib ki, Demokratlar Partiyasından olan rəqibi ABŞ-ın vitse-prezidenti Kamala Harrisə sentyabrın 4, 10 və 25-də debatlar keçirməyi təklif edir.

“Debat çox vacibdir. Sentyabrın 4-də "Fox News" ilə razılaşdıq. Sentyabrın 10-da NBC ilə razılaşdıq. Sentyabrın 25-də ABC ilə razılaşdıq”, - deyə Tramp izah edib.

O əlavə edib ki, hazırda debatların təşkili üçün yalnız televiziya kanallarının rəhbərlərinin razılığı var, qalan hər şey hələ razılaşdırılmayıb. Tramp Harrisin onun təklifinə hələ cavab vermədiyini qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
50
3
publika.az

2Источники