"Seçkilərdə milyonlarla insan iştirak edir. Bu zaman xoşagəlməz halların olmasından heç kəs sığortalanmayıb".
"Unikal" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, media nümayəndələri daima prosesin içərisində olduğundan seçkini obyektiv işıqlandırmalıdırlar: "Media subyektləri öz auditoriyasını genişləndirmək üçün sensasion ştrixlərdən istifadə etməməlidirlər".