AZ

Naxçıvanda I siniflərə 3713, məktəbəhazırlıq qruplarına isə 3017 uşaq qəbul olunub

Naxçıvanda

Naxçıvan, 12 sentyabr, AZƏRTAC

2024-2025-ci tədris ili üzrə I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi sona çatır.

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, hazırda muxtar respublikada 1-ci siniflərə 3713, məktəbəhazırlıq qruplarına isə 3017 uşaq qəbul olunub.

Övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə, eləcə də məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər ölkə üzrə mərkəzləşmiş qaydada mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq, məktəb və müəllim seçimi edə bilərlər.

Qeyd edək ki, qeydiyyat prosesi sabah saat 18:00-da başa çatır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
3
azertag.az

10Mənbələr