RU

Yolda ətrafa tuşladığı silah oyuncaq tapança imiş… – YENİLƏNİB – VİDEO

Sosial şəbəkələrdə paytaxt ərazisində hərəkətdə olan avtomobildə olan sərnişinin əlindəki tapançanı ətrafa yönəltməsinini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

TEMPİNFO xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, şirkətlərdən birində kuryer kimi çalışan 2002-ci il təvəllüdlü şəxs və sürücü müəyyən olunaraq polis idarəsinə gətirilib: “Məlum olub ki, onun avtomobildən ətrafa yönəltdiyi odlu silaha bənzəyən tapança oyuncaqdır. O, izahatında oyuncağı əyləncə məqsədilə ətrafa yönəltdiyini və bu əməlinə görə peşman olduğunu bildirib.

Qanunvericiliyə uyğun olaraq onlar barəsində müvafiq tədbirlər görülür”.

*** 10:30

Bakıda avtomobilin qapısını açaraq əlindəki sliahı ətrafdakı şəxslərə nümayiş etdirən şəxsin görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə “Ford Transit” markalı 07-BH-637 dövlət nömrə nişanlı avtomobilin aşağı sürətlə hərəkətdə olduğu vaxt gənc oğlanın qapını açaraq nümayişkəranə hərəkətlər etdiyini görmək mümkündür. Belə ki, o, əlindəki silahı ətrafa doğru tuşlayıb.

Silahın həqiqi və ya oyuncaq olması bilinməsə də, baş verən hadisə insanları narahat edib.

DİN Mətbuat xidmətindən saytımıza bildirilib ki, hazırda görüntülərlə bağlı araşdırma aparılır.

TEMPİNFO

Избранный
57
49
tempinfo.az

10Источники