AZ

Bakıda insanlara silah tuşlayan şəxs kim olub? - VİDEO

Bakının mərkəzində hərəkət zamanı bir nəfər mikroavtobusun qapısını açıb silahı ətrafdakı şəxslərə tuşlayıb.

Yolda hərəkət edən "Ford Tranzit" markalı 07-BH-637 dövlət nömrə nişanlı mikroavtobusdan çıxan qara paltarlı şəxs silahı ilə qəribə hərəkətlər edərək ətrafdakıları qorxuya salıb. 

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Hadisəyə Daxili İşlər Nazirliyi münasibət bildirib. DİN-in bölmə rəisi Nurlan Əliyev deyib ki, sosial şəbəkələrdə paytaxt ərazisində hərəkətdə olan avtomobildə olan sərnişinin əlindəki tapançanı ətrafa yönəltməsini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Onun sözlərinə görə, həmin avtomobilin sürücüsü və sərnişini müəyyən edilib. Şirkətlərdən birində kuryer kimi çalışan 2002-ci il təvəllüdlü şəxs və sürücü müəyyən olunaraq polis idarəsinə gətirilib. Məlum olub ki, onun avtomobildən ətrafa yönəltdiyi odlu silaha bənzəyən tapança oyuncaqdır. O, izahatında oyuncağı əyləncə məqsədilə ətrafa yönəltdiyini və bu əməlinə görə peşiman olduğunu bildirib.

Qanunvericiliyə uyğun olaraq onlar barəsində müvafiq tədbirlər görülür.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
54
6
milli.az

10Mənbələr