AZ

Əlində tapança olan sürücü ilə bağlı RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə paytaxt ərazisində hərəkətdə olan avtomobildə olan sərnişinin əlindəki tapançanı ətrafa yönəltməsini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə Gundem.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Qeyd olunub ki, həmin avtomobilin sürücüsü və sərnişini müəyyən edilib. 

“Şirkətlərdən birində kuryer kimi çalışan 2002-ci il təvəllüdlü şəxs və sürücü müəyyən olunaraq polis idarəsinə gətirilib. Məlum olub ki, onun avtomobildən ətrafa yönəltdiyi odlu silaha bənzəyən tapança oyuncaqdır. O, izahatında oyuncağı əyləncə məqsədilə ətrafa yönəltdiyini və bu əməlinə görə peşiman olduğunu bildirib”.

Qurumdan qeyd edilib ki, qanunvericiliyə uyğun olaraq onlar barəsində müvafiq tədbirlər görülür.(sfera.az)

Seçilən
48
34
gundem.az

10Mənbələr