London, 30 iyul, AZƏRTAC
İngiltərənin Sautport şəhərinin Hart küçəsində uşaqlara rəqs və yoqa dərsi verən kursda əli bıçaqlı şəxs insanlara hücum edib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində aralarında uşaqların da olduğu azı 8 nəfər xəsarət alıb. Yerli polisin məlumatına görə, 17 yaşlı gənc hadisə ilə bağlı saxlanılıb. Bildirilib ki, hadisə terrorla əlaqəli deyil və başqa bir şübhəli şəxs axtarılmır. Yaralılar bölgədəki xəstəxanalara çatdırılıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London