AZ

Britaniyada rəqs kursunda 8 nəfər bıçaqlanıb

İngiltərənin Sautport şəhərinin Hart küçəsində uşaqlara rəqs və yoqa dərsi verən kursda əli bıçaqlı şəxs insanlara hücum edib. SİA yerli mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində aralarında uşaqların da olduğu azı 8 nəfər xəsarət alıb. Yerli polisin məlumatına görə, 17 yaşlı gənc hadisə ilə bağlı saxlanılıb. Bildirilib ki, hadisə terrorla əlaqəli deyil və başqa bir şübhəli şəxs axtarılmır. Yaralılar bölgədəki xəstəxanalara çatdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
1
sia.az

10Mənbələr