Tayson Fyuri ailəsi ilə tətildən fotolar paylaşıb.
Publika.az xəbər verir ki, məşhur boksçu məxfiliyə üstünlük vermək və yad gözlərdən uzaq istirahətdən həzz almağa qərar verərək, harada olduqlarını açıqlamayıb.
Qeyd edək ki, Tayson və Paris Fyuri 15 ildir ki, evlidirlər. Cütlüyün 4-ü oğlan və 3-ü qız olmaqla 7 övladı var.