AZ

Kriştiano Ronaldonun sevgilisi və uşaqları ilə qapalı adada TƏTİLİ – FOTO 

Dünya şöhrətli ulduz futbolçu və iş adamı Kriştiano Ronaldo və sevgilisi Corcina Rodrigez uşaqları ilə birlikdə tətil keçirmək üçün Səudiyyə Ərəbistanının qapalı özəl Ummahat adasına uçublar. 

Bizim.Media xəbər verir ki, komandasının “Avro-2024”də məğlub olmasından sonra Ronaldo istirahət etmək qərarına gəlib. 

Kriştiano Corcina və beş uşağı ilə Qırmızı dənizə, insanların az sayda olduğu kurort çimərliklərinə yollanıb.  

Futbolçunun ailəsi dəbdəbəli yaxtada və qapalı villada dincəlir. Məşhur ailə çəkdirdikləri şəkilləri sosial şəbəkə hesablarında yerləşdiriblər.  

39 yaşlı Kriştiano çimərlik mənzərəsi qarşısında və ailəsi ilə birlikdə gəmi gəzintisində çəkilmiş bir neçə fotosunu yayımlayaraq “Mənim həyatım” şərhini yazıb.  

Aşiqlər adaya şəxsi təyyarə ilə uçub. Ailə günəşli günlərdən və maraq dolu tətildən həzz alırlar. Onlar velosiped sürür, dənizdə üzür, yerli yeməkləri dadır və yoqa ilə məşğul olmağı da unutmurlar. 

Cütlüyün yanında 13 yaşlı Kriştiano Ronaldo Jr., 7 yaşlı əkizlər Eva və Mateo, həmçinin Rodrigez və Ronaldonun birgə qızları Alana və Bella da var. 




























Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
11
bizim.media

10Mənbələr