Göygöldə bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonda yerləşən parkların birində qeydə alınıb. 1989-cu il təvəllüldü S.Nəsibova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Qadın dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, qadın oğlu tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.