AZ

Göygöldə qadın oğlu tərəfindən bıçaqlanıb

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonda yerləşən parkların birində qeydə alınıb. 1989-cu il təvəllüldü S.Nəsibova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, qadın oğlu tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır./apa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
8
bakivaxti.az

10Mənbələr