RU

Ermənistan İranla sərhəddə tunel tikir 

Ermənistanın regional idarəetmə və infrastruktur naziri Qanel Sanusyan hökumətin iclasında Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu tərəfindən Şimal-Cənub dəhlizi çərçivəsində  İranla sərhəddə Kacaran tunelinin tikintisi üçün Ermənistana 200 milyon dollar məbləğində kredit ayrılacağını  bildirib. 

Referans. az xəbər verir ki, bununla bağlı,“İran-Ermənistan Birgə Ticarət Palatasının” “Telegram” kanalı “Armen Press”ə istinadən yazıb.

Məlumatda deyilir ki, Sanusyan bu tunelin 7 kilometr uzunluğunda olacağını və tikintisi ilə sözügedən marşrut boyunca nəqliyyatın daha yüksək sürətlə həyata keçiriləcəyini bildirib. 

Qeyd olunub ki, tunel İrəvan istiqamətində İran_sərhədinə gedən yolda yerləşəcək. Hər gün bu yoldan 300-ə yaxın İran yük maşını keçəcək.

Şəlalə Babayeva
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
94
4
referans.az

4Источники