AZ

Ermənistan İranla sərhəddə tunel tikəcək

Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan hökumətin iclasında Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu tərəfindən Şimal-Cənub dəhlizi çərçivəsində İranla sərhəddə Kacaran tunelinin tikintisi üçün Ermənistana 200 milyon dollar kredit ayrılacağını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, məlumatı “Azad İran” telegram kanalı yayıb.

Məlumata görə, Sanusyan bu tunelin 7 kilometr uzunluğunda olacağını və tikintisi ilə sözügedən marşrut boyunca nəqliyyatın daha yüksək sürətlə həyata keçiriləcəyini, o cümlədən məsafənin əhəmiyyətli dərəcədə qısalacağını bildirib. 

Qeyd olunub ki, tunel İrəvan istiqamətində İran sərhədinə gedən yolda yerləşəcək və hər gün bu yoldan 300-ə yaxın İran yük maşını keçəcək. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
4
cebheinfo.az

4Mənbələr