RU

Netanyahu iyulun 23-də Baydenlə görüşəcək

İsrailin baş naziri Benyamin Netanyahu iyulun 22-də səhər ABŞ-a uçacaq və iyulun 23-də orada ABŞ prezidenti Co Baydenlə görüşəcək.

RİA Novosti xəbər verir ki, bu barədə baş nazirin ofisi məlumat yayıb.

“Baş nazir Benyamin Netanyahu çərşənbə axşamı günorta saatlarında ABŞ prezidenti Co Baydenlə görüşəcək”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl Netanyahu bildirib ki, İsrail bütün məqsədlərinə çatana qədər Qəzza zolağında hərbi əməliyyatı dayandırmayacaq.

DOĞRU.AZ

Избранный
72
50
dogru.az

10Источники