AZ

Azərbaycan və Gürcüstan birgə dəmir yolu müəssisəsi YARATDI

"Azərbaycan Dəmir Yolları" QSC Gürcüstana məxsus “BTKI Railways” MMC adlı birgə müəssisə yaradıb.

 

Sfera.az xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

 

O qeyd edib ki, yeni müəssisə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Marabda-Kartsaxi hissəsinin infrastrukturunun istismarı və idarə edilməsini təmin etməklə yanaşı, BTQ ilə yükdaşımaların səmərəli təşkili və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək.

 

"Azərbaycan və Gürcüstanın bu müəssisə vasitəsilə birgə səyləri həm də regional nəqliyyat bağlantılarını, xüsusilə Orta Dəhlizin potensialını gücləndirməyə yönəldiləcək", - deyə sədr əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
50
sfera.az

10Mənbələr