AZ

Doha danışıqları: İsrail yeni tələb və şərt irəli sürdü - HƏMAS

İsrail nümayəndə heyəti Dohada aparılan danışıqlarda HƏMAS-ın təşəbbüsünə cavab verməyib və razılaşma üçün qəbuledilməz olan əlavə şərtlər irəli sürüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri "RİA Novosti"yə HƏMAS-ın Livandakı nümayəndəsi Valid Keylani deyib.

"Təşəbbüslərimizə heç bir cavab almamışıq, üstəlik, İsrail əlavə tələblər və yeni şərtlər irəli sürməyə çalışır", - Keylani bildirib.

Onun sözlərinə görə, Doha danışıqları fələstinlilərin gözləntilərinə cavab vermir və əldə edilən nəticələr iyulun 2-də əldə edilmiş razılaşmaları əks etdirmir:

"İsrailin yeni tələblərinə "Netzarim" keçid məntəqəsində və Rəfahda mövcudluğunu saxlamaq daxildir. Biz danışıqların uğursuzluğunu qabaqcadan göstərmək istəmirik, lakin israillilər əvvəlki raundlarda olduğu kimi mane olmağa davam edir".

Qeyd edək ki, Qətər, Misir, ABŞ və İsrailin iştirak etdiyi Qəzza zolağında atəşkəs üzrə danışıqlar dünən və bu gün Dohada baş tutub. HƏMAS rəhbərliyi konkret atəşkəs şərtlərinin olmaması səbəbindən danışıqlarda iştirakdan imtina edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
10
milli.az

10Mənbələr