RU

“Dunayska Streda” – “Zirə” oyununa hakim təyinatları açıqlandı

“Zirə”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Slovakiyanın “Dunayska Streda” klubu ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb. 

AzxeberSport AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA avqustun 1-də Dunayska Stredada təşkil olunacaq görüşü Şimali Makedoniyadan olan hakimlər briqadasına həvalə edib. Görüşün baş hakimi Yovan Kaçevski olacaq. Ona Slaqjan Markoski, Branko Putilin köməklik göstərəcək. Dördüncü hakim funksiyasını İvana Proykovska yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 1-i keçiriləcək “Dunayska Streda” – “Zirə” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Избранный
44
8
azxebersport.az

10Источники