AZ

"DAK-1904" – “Zirə” oyununa hakim təyinatları açıqlandı

style='margin-bottom:10px;'>

“Zirə”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Slovakiyanın “DAK-1904" klubu ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb. 

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA avqustun 1-də Dunayska Stredada təşkil olunacaq görüşü Şimali Makedoniyadan olan hakimlər briqadasına həvalə edib. Görüşün baş hakimi Yovan Kaçevski olacaq. Ona Slaqjan Markoski, Branko Putilin köməklik göstərəcək. Dördüncü hakim funksiyasını İvana Proykovska yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 1-i keçiriləcək “DAK-1904" – “Zirə” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Seçilən
39
8
teleqraf.com

10Mənbələr