RU

Sizin adınızdan saxta hesab yaradılıbsa, nə etmək olar?

Redaksiyamıza əslində hamımızı əhatə edən bir müraciət daxil olub.

Bahar Nəsirova yazıb ki, onun adı və fotosundan istifadə edərək, kimsə sosial şəbəkədə hesab açır. Hələlik ona bir zərər vurulmasa da, bu istisna deyil.

Bəs belə hallara qarşı necə mübarizə aparmaq olar?

Hit.az-a açıqlama verən kibertəhlükəsizlik üzrə ekspert Həsən Hüseynli bildirib ki, sözügedən məsələ kibercinayətkarlıq sayılsa da, təəssüf ki  ona qarşı beynəlxalq mübarizə planı yoxdur:

"Ona görə beynəlxalq internet aləmində insanlar bir birinə uzaq məsafədən də zərər vura bilər. Əgər həmin hesabları xarici ölkə vətəndaşı açıbsa , mübarizə tədbiri görmək imkansızdır demək olar.Tək çarə həmin saxta hesabı şikayət edib, bağlatdırmaqdır. Süni intillekt, sosial şəbəkələrin insana verdiyi faydalarla yanaşı  potensial təhlükələri də var. Şəxsi həyat barədə məlumatlar, çoxlu şəkillər kibercinayətkarlara münbit mühit yaradır".

Murad

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
50
hit.az

10Источники