AZ

Aeroportda bildilər ki, biletləri saxtadır - DİN araşdırmaya başladı

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadıldıqlarını iddia edirlər.

“Qafqazinfo” Xəzərxəbər-ə istinadən xəbər verir ki, dünən günorta saat 14:20-də İraqa uçmalı olan zəvvarlar onlara saxta bilet verildiyini son anda hava limanında biliblər.

Qeydiyyat üçün yaxınlaşdıqda məlum olub ki, onların biletlərinin nömrəsi yoxdur.

Bir çoxu şəhid ailəsi olan zəvvarlar ziyarət üçün 750 manat pul ödəyiblər. Aylardır ki, ziyarəti gözləyən insanlar bütün günü hava limanında cavab gözləyiblər.

Zərərçəkənlərin şikayəti əsasında polis vətəndaşları aldatdığı iddia edilən və özünü "Hacı xanım" kimi təqdim edən şəxslə bağlı araşdırma aparır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.az-a bildirib ki, xəbər platformalarında dələduzluğa məruz qalmaları iddiası ilə çıxış edən 48 zəvvarın heç birinin polis orqanına müraciəti daxil olmayıb: “Şikayəti olan şəxslərin rəsmi müraciət etmələri tövsiyə olunur. Yayılan məlumatlarla bağlı araşdırma aparılır”.

***

Zəvvarların dələduzluğla məruz qalmaları ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bu barədə "Qafqazinfo"ya DİN-in Mətbuat Xidmətindən bildilib: “Fatimə Tur”, “Roman Travel” şirkətlərinin rəhbərləri müəyyən olunub. Hazırda fakt üzrə 50-dən artıq zərərçəkmişin müraciəti əsasında istintaq tədbirləri görülür. Əlavə məlumat veriləcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
50
qafqazinfo.az

10Mənbələr