RU

Rusiya Zaporojyedə qoşun toplayır - Nə baş verir?

Ruslar Zaporojye bölgəsinə yeni hücum dalğası keçirməyə hazırlaşır.

 

Oxu24.com xəbər verir  ki, bu sözləri Mariupol merinin müşaviri Pyotr Andryuşşenko deyib.

 

“Ruslar arasında qəribə hərəkətlər baş verir. Son bir həftənin tendensiyasını nəzərə alsaq, görərik ki, düşmən yenidən Zaporojyedə cəmləşib. Bu dəfə deyə bilərik ki, onlar müxtəlif regionlardan: Novoazovsk və Donetskdən qoşun toplayırlar. Onlar artıq nə Berdyansk, nə də Primorsk vasitəsilə Zaporojye vilayətinə doğru irəliləyirlər. Çox vaxt bu, Rozovka-Pologi, Tokmak istiqamətidir. Yəni cəbhə xəttinə daha yaxındır”, - deyə o bildirib.

 

Onun sözlərinə görə, Rusiya Azov dənizi sahili boyu ehtiyatları və bölmələri yığışdırır. “Bu, Mariupol-Berdyansk aqlomerasiyası, Primorsk, Kirillovkadır. Oradan ehtiyatları çıxarıb indi ən şiddətli döyüşlərin müşahidə olunduğu Donetsk vilayətinin şimalına köçürürlər”, - Andryuşşenko əlavə edib.

 

Nigar

 

Избранный
108
14
oxu24.com

10Источники