AZ

İsrailin maliyyə naziri: Qəzzaya hücumları davam etdirməliyik

İsrailin maliyyə naziri Bezalel Smotriç Qəzza zolağına hücumların davam etməli olduğunu müdafiə edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, anti-Fələstin baxışları ilə tanınan ekstremist Smotriç iddia edib ki, Qəzzaya hücumları indi dayandırmaq Həmas-ın sağalmasına və bölgədə yenidən döyüşməsinə imkan verəcək.

Smotriç sosial media hesabından paylaşdığı mesajda Qəzzaya hücumların İsrail \"məqsədlərinə çatana qədər\" davam etməli olduğunu qeyd edib.

HƏMAS-ın enişdə olduğunu iddia edən Smotriç Fələstin qrupunun \"atəşkəs üçün yalvardığını” da iddia edib.

Bununla yanaşı Smotriçin Qəzzaya hücumların davam etməsi ilə bağlı açıqlamasının Təl-Əviv və HƏMAS arasında əsir mübadiləsi danışıqlarının gündəmdə olduğu bir vaxta təsadüf etməsi diqqət çəkib.

İsrailin baş naziri Benyamin Netanyahu dünən verdiyi açıqlamada Qəzzada əldə edilən hər hansı atəşkəs razılaşmasının \"müharibənin məqsədlərinə çatana qədər İsrailin Qəzzaya yenidən hücum etmək hüququna zəmanət verməli olduğunu\" müdafiə edib.

Qeyd edək ki, İsrailin Daxili Kəşfiyyat İdarəsinin Şin-Bet (Şabak) direktoru Ronen Barın başçılıq etdiyi İsrail danışıqlar qrupu bu gün səhər saatlarında Misirin paytaxtı Qahirəyə əsir mübadiləsi danışıqları və Rəfah sərhədinin idarə olunması ilə bağlı danışıqlarda iştirak etmək üçün gedib. 
 
Gülay
Seçilən
208
14
azxeber.com

10Mənbələr