RU

DƏHŞƏT! 4 nəfər istidən ÖLDÜ

İtaliyada anomal istilər səbəbindən ölənlərin sayı 4 nəfərə çatıb.

Bakuinfo.net xəbər verir ki, ölkənin mərkəzi və cənub bölgələrində baş verən qızmar istilər nəticəsində Apuliya regionunda 3, paytaxt Romada isə bir nəfər ölüb. Ölənlərin hamısının kişi olduğu və yaşlarının 68-82 arasında dəyişdiyi bildirilib.

İyulun 17-də ölkənin 13 şəhərində yüksək temperatur səbəbindən "qırmızı" xəbərdarlıq elan edilib.

Meteoroloqlar Afrika antisiklonunun təsiri ilə yaranan anomal istilərin bu həftə ərzində də davam edəcəyini bildiriblər. Əhaliyə günvurma hallarına qarşı ehtiyatlı olmaları tövsiyə edilib.

Bəzi qəsəbələrdə isə kiçik meşə yanğınları qeydə alınıb.

Избранный
39
5
bakuinfo.net

10Источники