AZ

İtaliyada anomal istilər müşahidə edilir

İtaliyada anomal istilər səbəbindən ölənlərin sayı 4 nəfərə yüksəlib.

Oxu24.com xəbər verir ki, ölkənin mərkəzi və cənub regionlarında müşahidə edilən qızmar isti nəticəsində Apuliya regionunda 3, paytaxt Romada isə bir nəfərin ölüb. Ölənlərin hamısının kişi olduğu və yaşlarının 68-82 arasında dəyişdiyi bildirilib.

İyulun 17-də ölkənin 13 şəhərində yüksək temperatur səbəbindən “qırmızı” xəbərdarlıq elan edilib.

Meteoroloqlar Afrika antisiklonunun təsiri ilə müşahidə olunan anomal istilərin bu həftə ərzində də davam edəcəyini bildiriblər. Günvurma hallarına qarşı əhaliyə xəbərdarlıq olunub.

 
Seçilən
41
7
oxu24.com

10Mənbələr