AZ

İtaliyada anomal istilər – Ölənlərin sayı artır

İtaliyada anomal istilər səbəbindən ölənlərin sayı 4 nəfərə yüksəlib.

 

Viral.az xəbər verir ki, ölkənin mərkəzi və cənub regionlarında müşahidə edilən qızmar isti nəticəsində Apuliya regionunda 3, paytaxt Romada isə bir nəfərin ölüb. Ölənlərin hamısının kişi olduğu və yaşlarının 68-82 arasında dəyişdiyi bildirilib.

 

İyulun 17-də ölkənin 13 şəhərində yüksək temperatur səbəbindən “qırmızı” xəbərdarlıq elan edilib.

 

Meteoroloqlar Afrika antisiklonunun təsiri ilə müşahidə olunan anomal istilərin bu həftə ərzində də davam edəcəyini bildiriblər. Günvurma hallarına qarşı əhaliyə xəbərdarlıq olunub.

 

Bəzi qəsəbələrdə isə kiçik meşə yanğınları qeydə alınıb.

Seçilən
42
7
viral.az

10Mənbələr