RU

Sərdar Cəlaloğludan münəccimlik - Kimləri deputat “seçir“?

Sentyabrın 1-i - Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi günü yaxınlaşdıqca emosiyalar qızışır, cəmiyyətin nəbzi daha sürətlə vurmağa başlayır. Nəzərə alaq ki, istənilən seçki cəmiyyətdə gərginlik, intiriqa yaradır. Amma bizim cəmiyyətdə parlament seçkiləri digərlərindən daha maraqlı və gərgin keçir. Bu da təsadüfi deyil. Çünki mənəvi, siyasi və hətta iqtisadi iddiası olan hər bir kəs Ali Qanunverici orqanda təmsil olunmaq istəyir. İstəklərin çoxluğu isə daxili rəqabəti gücləndirir. Ona görə də parlament seçkilərində bəzi adamlar təkcə deputat seçilmək yox, dividend qazanmaq istəyir.

Hələ seçkilərə 45 gün qalır. Amma bəziləri bəri başdan münəccimlik edir, nəticələr barədə fikir bildirir. Məsələn, Azərbaycan Demokrar Partiyasının sədri Sərdar Cəlaloğlu qarşıdakı seçkilərlə bağlı müəyyən fikirlər səsləndirib. O hətta bir qədər qabağa gedib kimlərin bu dəfə Milli Məclisə mandat qazanacağını bildiyini deyib.

Nəzərə alaq ki, bu cür çıxışlar yeni bir hal deyil. Zaman-zaman bu texnologiyadan müəyyən qüvvələr istifadə edib, öz məğlubiyyətlərini sığortalamağa çalışıb. Bəziləri isə bundan özünə müəyyən dividentlər qazanıb. Guya ki, bu adamların hər zaddan xəbərləri var. Məhz Sərdar Cəlaloğlunun da seçkilər barədə qabaqcadan fikir bildirməsi də bu qəbildən bir şeydir.

Əgər Sərdar Cəlaloğlu nəticələri qabaqcadan bilirsə niyə seçkilərə qatılır?

Əldə etdiyimiz məlumata görə Sərdar Cəlaloğlu 5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsindən namizədliyini irəli sürmək qərarına gəlib. Nəzərə alaq ki, bu dairədən VI çağırış Milli Məclisə Siyavuş Novruzov deputat seçilmişdi. Son zamanlar Siyavuş Novruzovun bu dəfəki parlament seçkilərinə qatılmayacağı deyilir. Ola bilsin ki,bundan həvəslənən Sərdar bəy özünü seçkilər meydanına atıb. Əcəb də edib. Hər kəs kimi onun da seçilmək hüququ var. Buna bir sözümüz yoxdur.

Amma münəccimlik eləmək heç bir siyasətçiyə baş ucalığı gətirmir. Hələ onu demirik ki, seçki dairələri üzrə namizədlər müəyyən edilməyib. Üstəlik, ölkənin əsas siyasi gücü olan Yeni Azərbaycan Partiyası seçkilərə neçə namizədlə qatılacağını açıqlamayıb.

Belə bir vəziyyətdə kimlərin növbəti parlamentə mandat qazanacağını söyləmək ciddilikdən çox-çox uzaqdır.

Maraqlıdır, Sərdar Cəlaloğlu bu qədər uzaqgörəndirsə onda seçkilərə niyə qatılır?

Əgər ona nəticələr məlumdursa niyə xərcləyəcəyi puluna, vaxtına heyifsilənnmir?

Belə çıxır ki, Sərdar Cəlaloğlu qeyri-ciddi siyasətçidir. Əgər o ciddi olsa bu cür əsası olmayan bəyənatlar verməzdi. Lap deyək ki, Sərdar Cəlaloğlunun əlində hansısa məlumat, bilgi var. Elə isə onda niyə Don Kixotluq edir?! Mənasız “işə” qol qoyur, namizədliyini irəli sürür?

Ola bilsin ki, bu addımı ilə o özünə güclü rəqib bildiyi adamları həvəsdən salmaq, meydanda tək qalmaq istəyir. Bununla da rahatlıqla Milli Məclisə mandat əldə etməyi düşünür. Bu da bir yoldur. Amma bu da siyasi əxlaqa sığmır.

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
6
news365.az

8Источники