RU

Qəzzada ölənlərin sayı 38 min 295-ə çatıb

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 52 nəfər artaraq 38 min 295 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 4 "qırğın" həyata keçirdiyi və bu hücumlarda daha 208 fələstinlinin  yaralandığı bildirilib. Bununla yaralıların sayının isə 88 min 241-ə yüksəldiyi bildirilib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibbi qrupların və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
141
8
operativmm.az

8Источники