AZ

Qəzzada ölənlərin sayı 37 min 396-ya yüksəlib

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 24 nəfər artaraq 37 min 396-ya çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İsrail ordusunun son sutka ərzində Qəzzanın müxtəlif bölgələrində 3 qırğın törətdiyi, bu hücumlarda daha 71 fələstinlinin isə yaralandığı bildirilib. Bununla da İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda yaralalanların sayı isə 85 min 523-ə yüksəlib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
34
operativmm.az

10Mənbələr