İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 52 nəfər artaraq 38 min 295 nəfərə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 4 "qırğın" həyata keçirdiyi və bu hücumlarda daha 208 fələstinlinin yaralandığı bildirilib. Bununla yaralıların sayının isə 88 min 241-ə yüksəldiyi bildirilib.
Açıqlamada dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibbi qrupların və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта