ABŞ dövlət katibi Entoni Blinken F-16 qırıcılarının Ukraynaya təhvil verilməsinə başlandığını elan edib.
Azpost.info bildirir ki, dövlət katibi bu gün NATO sammiti ərəfəsində açıqlama verib.
F-18-lar Danimarka və Hollandiya Hərbi Hava Qüvvələrinin tərkibindən ayrılacaq.
Blinkenin sözlərinə görə, bütün təyyarələr yay ayları ərzində Ukraynaya gələcək. Bu, ona Rusiya təcavüzünə effektiv müqavimət göstərməyə kömək edəcək.