AZ

"Ukraynaya 100-dən çox F-16 lazımdır" - Zelenski

Qərbin Ukraynaya tədarük edəcəyi F-16 qırıcıları yetərli deyil, Kiyevə yüzdən çox belə təyyarə lazımdır.

Oxu24.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə ABŞ-da NATO sammitinin ilk günündə çıxış edərkən bildirib.

Zelenski Vaşinqtondakı Ronald Reyqan Mərkəzində çıxışı zamanı deyib: “F-16 ilə bağlı problem onların sayı və tədarük vaxtıdır... Bizim 10-20 qırıcı haqqında qərarımız var, 50 olsa da, bu heç nədir”.

Ukrayna Prezidenti 128 ədəd qırıcı tələb edərək vurğulayıb ki, tərəfdaşları bu qədər təyyarəyə malikdir.

Rusiya tərəfinin fikrincə, Ukraynaya silah tədarükü nizamlanmaya mane olur və NATO ölkələrini münaqişəyə birbaşa cəlb edir. Xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukraynaya göndərilən istənilən silah Rusiya üçün qanuni hədəfə çevriləcək. Onun sözlərinə görə, ABŞ və NATO təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması ilə münaqişədə bilavasitə iştirak edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
50
oxu24.com

10Mənbələr