AZ

Bu ölkə Ukraynaya altı ədəd F-16 qırıcısı GÖNDƏRƏCƏK

Norveç Ukrayna Hərbi Hava Qüvvələrinə 6 ədəd F-16 qırıcısı göndərəcək.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Bu barədə Norveçin Baş naziri Yonas Qar Stere məlumat verib.

“Ukraynanın özünü hava hücumlarından müdafiə etmək qabiliyyəti onun Rusiyaya qarşı müdafiə döyüşündə mühüm əhəmiyyət kəsb edir. Norveç indi qərar verib ki, altı F-16 qırıcısını Ukraynaya təhvil verəcəyik. Biz 2024-cü ildə ianələrə başlamaq niyyətindəyik”, - deyə o bildirib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
50
bizim.media

10Mənbələr