RU

Kürdəmirdə avtomobil su kanalına düşdü - FOTO

Kürdəmir rayonunda Bakı-Qazax əsas magistral yolunun rayonun Karrlar kəndindən keçən hissəsində ağır qəza baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, belə ki, “Mercedes” markalı mikroavtobusun sürücüsü  Gəncə sakini 1988-ci il təvəllüdlü Abdullayev Ceyhun Canpolad oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb.

Qəza zamanı sürücü və onun sərnişini 2005-ci il təvəllüdlü Əhədov Yusif Ramil oğlu müxtəlif dərəcəli ağır bədən xəsarəti alıblar. 
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda fakt araşdırılır.










Bizim.Media,Aran bürosu

Избранный
107
12
bizim.media

9Источники