Kürdəmirdə yol qəzası baş verib.
Hadisə rayonun Xırdapay kəndi ərazisində qeydə alınıb.
Belə ki, qəza zamanı “VAZ 2106” markalı maşınla “KİA” markalı avtomobil toqquşub.
Nəticədə “VAZ”ın sürücüsü 1960-cı il təvəllüdlü Cəlilov İlqar Vahid oğlu müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda fakt araşdırılır.