AZ

Kürdəmirdə QƏZA: Xəsarət alanlar var

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomaşınla “Toyota” markalı avtomobilin toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli ağır bədən xəsarəti alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Hazırda fakt araşdırılır.

Bizim Media, Aran bürosu

Seçilən
116
33
bizim.media

10Mənbələr