Dünən avrokubokların 2024/25 mövsümünə start verilib. Sport24.az xəbər verir ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində 6 matç baş tutub.
HİK-i qəbul edən "Panevejis" rəqib qapısından 3 cavabsız top keçirib. Rumıniya çempionu FCSB isə səfərdə "Virtus"u 7 dəfə məyus edib - 7:1.
"Qarabağ"ın potensial rəqiblərinin ilk oyununda isə "Linkoln" minimal hesabla qalib gəlib.
Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunlarına bu gün yekun vurulacaq.
Çempionlar LiqasıI təsnifat mərhələsiİlk oyunlar, 9 iyul19:30. "Panevejis" – HİK - 3:020:45. "Hamrun Spartans" – "Linkoln" - 0:122:00. TNS – "Deçiç" - 3:022:00. "Santa Koloma" – "Balkani" - 1:222:45. "Vikinqur" – "Şemrok Rovers" - 0:023:00. "Virtus" – FCSB - 1:7
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта