AZ

ÇL-də yeni mövsümə start verildi

Bu gün avrokubokların 2024/25 mövsümünə start verilib.

Milli.Az xəbər verir ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində 6 matç baş tutub.

Yeni mövsüm Litvada keçiriləcək qarşılaşma ilə başlayacaq. HİK-i qəbul edən "Panevejis" gözlənilmədən rəqib qapısından 3 cavabsız top keçirib.

Rumıniya çempionu FCSB isə səfərdə "Virtus"u 7 dəfə məyus edib - 7:1.

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunlarına sabah yekun vurulacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi
İlk oyunlar, 9 iyul
19:30. "Panevejis" - HİK - 3:0
20:45. "Hamrun Spartans" - "Linkoln" - 0:1
22:00. TNS - "Deçiç" - 3:0
22:00. "Santa Koloma" - "Balkani" - 1:2
22:45. "Vikinqur" - "Şemrok Rovers" - 0:0
23:00. "Virtus" - FCSB - 1:7

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
2
milli.az

6Mənbələr