RU

ÇL: 1-ci təsnifat mərhələsinə start verildi

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə start verilib.



Komanda.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri üz-üzə gəliblər.



“Hamrun” komandası Maltada Cəbəllütariqin “Linkoln” kollektivini qəbul edib. Qarşılaşmanın taleyini 1 qol həll edib. “Linkoln” səfərdə qalib gəlib.



Cavab görüşü iyulun 16-da gerçəkləşəcək.



Azərbaycan çempionu bu duelin qalibi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.



Çempionlar Liqası1-ci təsnifat mərhələsi, ilk oyunlar9 iyul



Panevejis (Litva) – HJK (Finlandiya) 3:0Hamrun (Malta) – Linkoln (Cəbəllütariq) 0:1Nyu-Sents (Uels) – Deçiç (Monteneqro) 3:0Santa-Koloma (Andorra) – Balkani (Kosovo) 1:2Vikinqur Reykyavik (İslandiya) – Şemrok Rovers (İrlandiya) 0:0Virtus (San Marino) – Styaua (Rumıniya) 1:7

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərUEFA Çempionlar Liqası

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
85
5
komanda.az

10Источники