AZ

Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibi bəlli olacaq

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək.

TEMPİNFO xəbər verir ki, “Qarabağ”ın potenisal rəqibləri olan Cəbəllütariqin “Linkoln” komandası Malta “Hamrun”u ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək. Görüşü fransalı hakimlər briqadasından Erik Utallier idarə edəcək.

Qeyd edək ki, Azərbaycan çempionu bu duelin qalibi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.

TEMPİNFO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
6
tempinfo.az

10Mənbələr