AZ

ÇL-in 1-ci təsnifat mərhələsinə start verildi

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhləsinə start verilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri üz-üzə gəliblər.

“Hamrun” komandası Maltada Cəbəllütariqin “Linkoln” kollektivini qəbul edib. Qarşılaşmanın taleyini 1 qol həll edib. “Linkoln” səfərdə qalib gəlib.

Cavab görüşü iyulun 16-da gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan çempionu bu duelin qalibi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.

Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları

9 iyul

Panevejis (Litva) – HJK (Finlandiya) 3:0
Hamrun (Malta) – Linkoln (Cəbəllütariq) 0:1
Nyu-Sents (Uels) – Deçiç (Monteneqro) 3:0
Santa-Koloma (Andorra) – Balkani (Kosovo) 1:2
Vikinqur Reykyavik (İslandiya) – Şemrok Rovers (İrlandiya) 0:0
Virtus (San Marino) – Styaua (Rumıniya) 1:7

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
5
futbolinfo.az

10Mənbələr